PARADOKS

AKTUAL

“Nar” bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir

12-04-2018, 10:01
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 128


“Nar” bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir
Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə “Nar”
yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. Aparılmış
genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və Abşeron yarımadası ilə
yanaşı, artıq respublikanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin
istifadəsinə təqdim etdi. Belə ki, ötən il bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan
abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE
xidmətindən yararlanmaq fürsəti əldə etdilər.
Cari ilin ilk üç ayı ərzində mobil operator Bakı şəhəri və Abşeron yarımadası ərazisində 84 yeni
LTE stansiyası quraşdırb, bölgələrdə isə 63 LTE baza stansiyasını istifadəyə verib. Gəncə
şəhərindən sonra Ağcabədi, Göyçay, Quba, Qusar, Hacıqabul, Cəlilabad, Xaçmaz, Mingəçevir,
Oğuz, Saatlı, Salyan, Şabran, Şəki, Şəmkir, Şirvan, Siyəzən, Tovuz və Zaqatala sakinləri də artıq
“Nar” LTE şəbəkəsinin üstünlüklərindən faydalanırlar. Bölgələrdəki “Nar” abunəçiləri də
mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet
resurslarından daha səmərəli şəkildə istifadə edirlər.
Hazırda genişləndirilmiş “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq
baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xatırladaq ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli
testlərinə əsasən, dinamik inkişaf və şəbəkənin genişləndirilməsi istiqamətində görülmüş
işlər sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək
nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3
Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri
təcrübəsinə əsaslanıb.
Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet
səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin
davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq
dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)
xidmətini təqdim edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI