PARADOKS

AKTUAL

“Nar” mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

6-04-2018, 08:38
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 67

“Nar” mobil internet istifadəçilərinin artım tempinə görə liderdir

Müstəqil araşdırma şirkəti tərəfindən keçirilmiş müştəri loyallığı indeksi (Net Promoter Score –
NPS) araşdırmasının nəticələrinə əsasən, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım
tempinə görə mobil rabitə bazarında ən yüksək nəticəyə nail olmuşdur. Operator mobil internet
istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş
3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil
internet paketlərini təqdim etməklə müvəffəq olmuşdur.
Araşdırmanın nəticələrinə əsasən, mobil internetin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və
ailə üzvləri arasında istifadə etməsi, eləcə də tarif və qiymətlərin müxtəlifliyi və əlverişliliyi
amillərinə görə “Nar” NPS indeksi yüksək nəticə göstərmişdir. “Nar” mobil internetinin
keyfiyyəti, xüsusi kampaniya və təkliflər, həmçinin zəng xidməti üzrə müştəri məmnuniyyəti
göstəriciləri artaraq yüksək həddə çatmışdır.
Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli
testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən
yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan
“P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri
təcrübəsinə əsaslanmışdı.
Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs
keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən
“HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə
ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş
həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI