PARADOKS

AKTUAL

“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

2-04-2018, 21:35
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 116

“Full” stendinə gəl, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro”  qazan!

“Nar” öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirir. Belə ki, 14 aprel
2018-ci il tarixinədək “Full” istifadəçiləri mobil operatordan dəyərli hədiyyələr
qazanmaq şansı əldə edirlər. Bunun üçün sadəcə “Gənclik Mall” alış-veriş
mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Full” stendinə gəlmək kifayətdir.
“Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli
təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili
danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi
qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini
hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya
keçməsini məhz “Full” paketi ilə təmin etdi. 
Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon
təqdim edilir. Bu kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş
olur. Kampaniyada 1 ədəd “Samsung Galaxy S8” smartfonu, 1 ədəd “Ipad Pro”
planşeti və 1 ədəd “Samsung Gear S3” saatı oynanılır. Şəffaf qutudakı
kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib elan
ediləcək.
Uduş 14 aprel 2018-ci il tarixdə saat 18:00-da “Gənclik Mall” AVM-nin 1-ci
mərtəbəsində keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə
saxlamalı və həmin vaxt uduş keçirilən yerdə olmalıdır. Uduş kuponu şəffaf
qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə olmazsa, həmin uduş
yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu və
şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar” ticarət nişanı ilə fəaliyyətə başlayaraq
qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin
aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin
mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”
ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı
təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq
dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI