PARADOKS

AKTUAL

“Nar”-dan sosial mediada “Novruz çarxı” kampaniyası

22-03-2018, 16:08
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 208

“Nar”-dan sosial mediada “Novruz çarxı” kampaniyası

“Nar” operatoru Novruz bayramında daha bir kampaniyaya start verir. Mobil operatorun
Facebook səhifəsində keçirilən kampaniyada iştirak edərək çarxda bəxtlərinə düşən
bonusların skrinşotunu müvafiq postun şərhlərində bölüşən “Nar” istifadəçiləri bayramdan
sonra paylaşdıqları bonusları qazanacaqlar.
Bonus növləri aşağıdakı kimidir: 50 MB internet trafiki, 50 şəbəkədaxili danışıq dəqiqəsi, bütün
istiqamətlərə 50 SMS. Qeyd edək ki, bonuslar hər abunəçiyə yalnız bir dəfə – əvvəl qazandığı
və ilk bölüşdüyü bonusun növünə uyğun şəkildə təqdim ediləcək. Mart ayının 27-dən etibarən
təqdim ediləcək bonuslardan istifadə müddəti 30 gündür. Əlavə məlumat “Nar”-ın sosial media
səhifələrində təqdim ediləcək.
“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az internet səhifəsində və mobil
operatorun sosial media səhifələrində öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət
nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq
seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI