PARADOKS

AKTUAL

“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü 2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində “Nar”

9-03-2018, 15:58
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 221

“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü  2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində “Nar”
“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü  2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində “Nar”

operatoru “Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görüldü. Sərgi çərçivəsində
mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb
oldu. Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak etdi. “Azerfon” MMC-
nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən “Nar”-ın bu mükafata
layiq görülməsindən məmnunluğunu dilə gətirdi: “Yerli bir şirkət olaraq “Nar” hər zaman
azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli
mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq.
Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq
görüldüyümüz üçün fərəh hissi keçiririk. “Nar”-a göstərilən marağa görə bütün sərgi
iştirakçılarına təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ADA universitetində keçirilən sərgini ümumilikdə 800-dən çox tələbə
ziyarət edib. Birbaşa şirkət təmsilçiləri ilə ünsiyyətdə olan tələbələr müxtəlif şirkətlərdə
karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında
iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.
“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G
şəbəkəsini istifadəyə verib. Mobil operator səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə
artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar”
şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə
2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI