PARADOKS

AKTUAL

2018-ci ildə “Nar” baza stansiyalarının sayında 25%-dək artım planlaşdırılır

4-03-2018, 23:17
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 274

2018-ci ildə “Nar” baza stansiyalarının sayında 25%-dək artım planlaşdırılır
2018-ci ildə “Nar” baza stansiyalarının sayında 25%-dək artım planlaşdırılır
“Nar” 2018-ci ildə də şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirməyi, həm paytaxt,
həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi
planlaşdırır. Belə ki, il ərzində şəbəkənin inkişafı və təkmilləşdirilməsi işləri çərçivəsində
respublikanın bölgələrinə xüsusi diqqət ayrılması nəzərdə tutub. 4G (LTE) texnologiyasının
əhatə dairəsinin bölgələrdə genişləndirilməsi, eyni zamanda 3G texnologiyasının daha da
təkmilləşdirilməsi tədbirlər planının əsas məqamlarındandır. Müvafiq olaraq, Bakı və Abşeron
yarımadasında LTE texnologiyasının inkişaf etdirilməsi istiqamətindəki işlər 2018-ci ildə də
davam edəcək və abunəçilər daha keyfiyyətli rabitə xidmətlərindən faydalanacaqlar.
Ümumilikdə, ötən ilin sonuna olan mövcud baza stansiyalarının sayı ilə müqayisədə şəbəkədə
baza stansiyalarının 25%-dək artımı nəzərdə tutulub.

Xatırladaq ki, aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri nəticəsində mobil operator Bakı və
Abşeron yarımadası ilə yanaşı, artıq respublikanın digər bölgələrində də LTE xidmətini
abunəçilərinin istifadəsinə təqdim edib. Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində
yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE
xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Gəncə şəhərindəki “Nar” abunəçiləri də mobil
operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet
resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazanıblar.
“Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI