PARADOKS

AKTUAL

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

23-02-2018, 10:55
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 198

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

“Nar” 21 fevral 2018-ci il tarixində “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil
operatoru” nominasiyasında mükafata layiq görüldü. Təşkilatçılar “Nar”-ın müasir trendlərə
uyğun biznes modelini və müştəri yönümlülüyü ilə seçilən fəaliyyətini yüksək qiymətləndirdi.
“İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi “Nar”-ın dünya
təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli
investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər
təqdim etməsi göstərilir.
Mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke
öz çıxışında müasir texnologiyalar və davamlı sərmayələr sayəsində “Nar” operatorunun hər
bir istifadəçiyə əlverişli qiymətə yüksəkkeyfiyyətli xidmətlər təklif etdiyini vurğulayıb.
“Müasir texnologiyaları tətbiq etməklə və davamlı sərmayə yatırmaqla “Nar” sərfəli qiymətə
keyfiyyətli xidmətlər təklif edir. Öz biznes strategiyamızı təkmilləşdirməklə şirkətimizin
məhsuldarlığını yüksəltdik. Eyni zamanda, hər bir kəsin asanlıqla yararlana biləcəyi sadə
təkliflər irəli sürdük. Nəticə etibarilə, “Nar” artıq xalqın seçimi olan bir brendə çevrilməkdədir.
Müştəriləri və tərəfdaşlarının düşüncələrinə önəm verən bir şirkət olaraq aldığımız bu
mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, - deyə cənab
Panke qeyd edib.
Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə
təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, bölgələrdə
LTE şəbəkəsini yaradıb, “HD Voice” (High Definition) xidmətini tətbiq edib, Bakı metropolitenini
də əhatə edən yüksəksürətli mobil internet şəbəkəsi yaradıb. 2017-ci ilin son rübündə “Nar”
şəbəkəsi “P3 Communications” tərəfindən aparılan müstəqil şəbəkə sınaqları nəticəsində
ölkədə “mobil zənglər üçün ən yaxşı şəbəkə” olaraq göstərildi.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və
geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin
davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq
dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice)
xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən
artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI