PARADOKS

AKTUAL

Bayıla daxil olmaq çox qorxuludur... - Nazirlik xəbərdarlıq etdi

12-02-2018, 13:16
  •     
  • AKTUAL |
  •  Oxunma: 18

Bayıla daxil olmaq çox qorxuludur... - Nazirlik xəbərdarlıq etdi


Bayıl yamacında - Teleqülləninin yaxınlığında artıq çoxsaylı, müxtəlif ölçülü iri çatlar əmələ gəlib.

Bunu Rəsmixəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, əvvəl ərazidə eni 1 metr, 1 metr 40 sm, dərinliyi 6-7 metrə çatan çatlar var idi. Amma artıq ərazidə 5, 10, 20 metrlik məsafə ilə çoxsaylı dərin çatlar yaranıb. Çatların görünən dərinliyi 10-12 metrə çatıb:

"Çatlar müəyyən müstəvi boyunca irəliləyiblər. Artıq çatlar elə ölçüdədirlər ki, onun enini ölçmək çox çətin olub. Bu əraziyə hazırda daxil olmaq da çox qorxuludur”.

Ə.Qaralov qeyd edib ki, Bayıl yamacında yaranan yeni çatlar qırılma baş verdiyi dərə istiqamətində müşahidə edilir.

Nazirlik rəsmisi əlavə edib ki, sürüşmə sahəsindəki gərginliyin azaldığını demək olmaz.

Onun sözlərinə görə, ərazidə sürüşmənin fəallaşmasını yalnız yağıntılarla əlaqələndirmək düzgün deyil:

"Bu prosesin səbəbini yağışla əlaqələndirmək olmaz. Yağışın bu prosesə təsiri olsa da, o, yalnız təsiredici amillərdən biridir. Bura sürüşməyə meyli ərazi olduğu üçün yamacı kəsmək olmazdı”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI