PARADOKS

AKTUAL

“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi

8-02-2018, 19:48
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 133


“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi

Abunəçilərə yüksəkkeyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə aparılan
təkmilləşdirmə işləri çərçivəsində “Nar” Bakı metropoliteninin stansiyalarında 4G (LTE)
xidmətini təqdim edib. LTE-Advanced xidmətinin təqdimatı, bölgələrdə 4G şəbəkəsinin təmin
edilməsi və şəbəkənin daha da yaxşılaşdırılması istiqamətində atılmış digər addımlardan sonra
metro stansiyalarının platformalarında da LTE şəbəkəsindən istifadənin mümkünlüyü “Nar”
abunəçilərinin ürəyincə olub.
Qeyd edək ki, “Nar” 4G şəbəkəsi Bakı metropoliteninin fəaliyyətdə olan bütün stansiyalarının
platformalarında (“Sahil” istisna olmaqla) təmin edilib. Artıq “Nar” abunəçiləri metro
stansiyalarında saniyədə 225 Mbps-dək olan mobil internet sürətinin üstünlüklərindən
faydalanmaq imkanı qazanacaqlar. “Nar” öz şəbəkəsinin genişləndirilməsi, ən yeni və innovativ
texnologiyaların tətbiqi, xidmət və məhsulların təqdimatı istiqamətindəki genişmiqyaslı işləri
davam etdirəcəkdir.
“Nar” LTE şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək
olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.“Nar” Bakı metropolitenində LTE xidmətini təqdim etdi


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI