PARADOKS

AKTUAL

“Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

23-01-2018, 21:55
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 315


“Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro”  qazan!
“Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro”  qazan!
“Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro”  qazan!

“Nar” öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirir. Belə ki, 29 dekabr 2017-ci il – 28
yanvar 2018-ci il tarixləri arasında “Full” paketinə qoşulmuş abunəçilər mobil operatordan
dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər. Bunun üçün sadəcə “28 Mall” alış-veriş
mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Nar” stendinə gəlmək kifayətdir.
“Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif
sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və
bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir.
Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların
bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.
Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon təqdim edilir. Bu
kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş olur. Kampaniyada 1 ədəd
“Samsung Galaxy S8” smartfonu, 1 ədəd “Ipad Pro” planşeti və 1 ədəd “Samsung Gear S3” saatı
oynanılır. Şəffaf qutudakı kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib
elan ediləcək.
Uduş 29 yanvar 2018-ci il tarixdə saat 18:00-da “28 Mall” AVM-nin 3-cü mərtəbəsində
keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə saxlamalı və həmin vaxt uduş keçirilən
yerdə olmalıdır. Uduş kuponu şəffaf qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə
olmazsa, həmin uduş yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu
və şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI