PARADOKS

AKTUAL

Dövlət qurumunun texnikası Xırdalanı qazsız qoyub

6-01-2018, 06:39
  •     
  • AKTUAL |
  •  Oxunma: 230

Dövlət qurumunun texnikası Xırdalanı qazsız qoyub “Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib. Hadisə bu gün axşam saatlarında baş verib.

Nəticəsində Xırdalan şəhəri qazsız qalıb. Bizimyol.info bildirir ki, bu barədə sakinlər report-a məlumat verib.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, hazırda təmsil etdiyi qurumun əməkdaşları hadisə yerində işləyir:

“Saat 17:30-dan etibarən əməkdaşlarımız qaz sızmasının qarşısını almaq üçün ərazidə işləyir. Yaxın saatlarda əraziyə qazın verilməsi təmin ediləcək”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI