PARADOKS

AKTUAL

“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

13-12-2017, 22:43
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 200

“Nar” abunəçiləri həftə sonlarında pulsuz danışır

“Həftəsonu fürsəti” kampaniyası “Nar” abunəçilərinə şənbə və bazar günləri öz aralarında
pulsuz danışmaq imkanı yaradır. Bu kampaniyaya qoşulmaq üçün abunəçi heç bir ödəniş etmir;
sadəcə *777#88#YES kodunu yığmaqla kampaniyaya qoşula bilərsiniz. “Nar” abunəçisi həftə içi
günlərində istənilən istiqamətdəki zənglərə ən azı 2 AZN sərf etdiyi təqdirdə, “Həftəsonu
fürsəti” kampaniyasının təqdim etdiyi bu imkandan yararlana biləcək. Kampaniya iki həftə
ərzində davam edəcək və dekabr ayının 24-ü kampaniyaya son veriləcək.
Kampaniyaya qoşulmuş abunəçi *777#87#YES kodunu yığmaqla həftə ərzində danışıqlara nə
qədər məbləğ sərf etdiyini asanlıqla öyrənə bilər. Ədalətli istifadə siyasətinə uyğun olaraq,
“Həftəsonu fürsəti” kampaniyası çərçivəsində şənbə və bazar günləri üçün ayrılmış pulsuz
danışıq vaxtı üçün ümumilikdə 500 dəqiqə (8 saatdan çox) təqdim olunur. Qeyd edək ki,
telefonunuz 3G texnologiyasını dəstəklədiyi təqdirdə, siz həm də “HD voice” texnologiyasından
faydalana bilərsiniz. Bir müddət öncə “Nar” şəbəkəsində tətbiq olunmağa başlayan “HD voice”
texnologiyası mobil zəng zamanı ətraf səs-küyün basdırılması və səsin təmiz ötürülməsini
təmin edir.
“Həftəsonu fürsəti” kampaniyası haqqında bütün məlumatı “Nar”.az/heftesonu-furseti
səhifəsindən əldə edə bilərsiniz.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.
Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs
keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən
“HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə
ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI