PARADOKS

AKTUAL

QDİƏT-in baş katibi: BTQ Avropa ilə Asiyanı birləşdirən ən uğurlu layihədir

19-11-2017, 17:25
  •     
  • AKTUAL |
  •  Oxunma: 43

QDİƏT-in baş katibi: BTQ Avropa ilə Asiyanı birləşdirən ən uğurlu layihədir


Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir.
Rəsmixəbər xəbər verir ki, bunu AzərTAc-a açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides deyib.
O bildirib ki, nəqliyyat və yol infrastruktur layihələrinin həyata keçirilməsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının qarşısında duran əsas prioritetlərindəndir.
"Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasını Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əlaqələrin yeni müstəvidə qurulması üçün səmərəli fürsət kimi dəyərləndirirəm. Həqiqətən də Azərbaycan bu qlobal layihənin əsas təkanverici ölkəsi olaraq Avropa və Asiya qitələri arasında ən etibarlı nəqliyyat dəhlizinə çevrildi”,- deyə M.Kristides əlavə edib.
M.Kristides bildirib ki, Avropa və Asiya məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Bakı-Tbilisi-Qars layihəsi qədim "İpək Yolu”nu bir-birinə sıx bağlayan tarixi nailiyyətdir. Əminəm ki, bu yoldan Qara dəniz ölkələri də yetərincə bəhrələnəcəklər.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI