PARADOKS

AKTUAL

QHT gənclərlə görüş keçirdi

17-11-2017, 12:08
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 44

QHT gənclərlə görüş keçirdi
Bakı şəhəri Nərimanov rayonu 45 sayli orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə”Sağlam Dünya” İctimai Birliyi tərəfindən həyata keçrilən “Şəhidlərimizin, Milli qəhrəmanlarımızın igidliklərinin təbliğinə həsr olunan tədbirlərin keçrilməsi” layihəsi çərçivəsində gənclərimizlə gorüş keçrilib.
Görüşü giriş sözü ilə layihənin rəhbəri,”Sağlam Dünya” İctimai Birliyinin sədri İlqar Quliyev açıb. Sonra ”Sağlam Dünya” İctimai Birliyinin təlim üzrə koordinatoru Ramilə Quliyeva çıxış edərək Şəhidlərimizin,milli qəhrəmanlarımız haqqinda görüş iştirakçılarına məlumat verib.
Daha sonra direktorun təlim-tərbiyə işləri üzrə müavini Nazilə Əliyeva çıxış etdi.
Çıxışlarda qeyd olunub ki,gənc nəslin milli mənlik şürunun, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olunması və Qarabağ savaşında, Azərbaycan-Ermənistan cəbhəsinin digər zonalarında ərazilərimizin müdafiəsi və erməni quldurlarından təmizlənməsində igidlik göstərmiş milli qəhrəmanların şəhidlərimizin təbliğ edilməsidir.
Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır. Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramları yuxarıda sadalanan məsələlərin həlli istiqamətində Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək məqsədilə qəbul edilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan müharibə istəmir, ancaq Ermənistan işğalçılıq siyasətini davam etdirsə, Azərbaycan Silahlı Qüvvələri erməni işğalçılarını ərazilərimizdən çıxarmaq məcburiyyətində qalacaq. Nə qədər ki, müharibə qurtarmayıb, Azərbaycan əsgəri, vətəndaşı, bütövlükdə cəmiyyət müharibəyə hazır olmalıdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI