PARADOKS

AKTUAL

“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir

25-10-2017, 23:03
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 79

“Nar” şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir


Göstərdiyi rabitə xidmətlərini davamlı olaraq təkmilləşdirməklə öz abunəçilərinə sərfəli
qiymətlər təklif edən “Nar” şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində
apardığı işləri uğurla davam etdirir. Xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan
təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı
transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP
(Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilmişdir.
Görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaz
iqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş
vermişdir. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı
tutum” (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artmışdır.
Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətli verilənlər bazası
resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır.
Adı çəkilən texnologiya informasiya ötürmə kanallarında genişlənməni təmin edir, ötürülən və
qəbul edilən məlumatın son istifadəçiyə qısa zaman kəsiyində, yüksək keyfiyyətlə
çatdırılmasına şərait yaradır. Məhz bu texnologiyanın tətbiqi ilə hər bir istifadəçiyə düşən
sürət meyarı daha da yüksəlir, informasiyanın paylanması zamanı ortaya çıxa biləcək maneələr
aradan qaldırılır və internet resurslarına çıxış imkanlarının istifadəçilər arasında bərabər
şəkildə paylanmasına şərait yaradılır. 3G IP təyin edilmiş məlumat dəstini bəlli bir istiqamət
üzrə istifadəçilər arasında paylayır. Bu isə, öz növbəsində, abunəçilərin internet üzərindən
məlumat bölüşmələri, fərqli məlumat məhsullarının daşınması, məlumatın yüklənməsi və
qəbulunun daha şəffaf surətdə həyata keçirilməsinə şərait yaradır.
3G IP texnologiyası sayəsində zəng zamanı “Uğurlu zəng nisbəti” (Call Setup Success Rate)
xüsusiyyətinin təkmilləşməsi özünü bariz şəkildə nümayiş etdirir ki, bu da zəng müddətində
əlaqənin yaranmasında ola biləcək xəta əmsalını minimuma endirir. 

Hazırda “Nar” 3G şəbəkəsinin 94%-i tamamilə müasir IP transmissiya texnologiyası üzərindən
xidmət göstərir və bununla da istifadəçilər keyfiyyətli mobil rabitə xidmətlərindən faydalana
bilirlər. Bakı və Abşeron yarımadası ərazisində isə 3G mobil şəbəkəsi tam olaraq IP
texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərir.
“Nar” şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet
səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.
Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs
keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-
Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin
93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI