PARADOKS

AKTUAL

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

22-10-2017, 03:55
  •     
  • AKTUAL, Ölkə |
  •  Oxunma: 72

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

“Nar” öz abunəçilərinin hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmələri üçün müxtəlif
sərfəli təkliflər irəli sürür. Fərqli “Günlük” paketləri məhz belə təkliflərdəndir. Məsələn,
“Günlük 59 qəpik” paketi ilə hər gün ölkədaxili bütün zənglər üçün 25 dəqiqə və 100 MB
internet əldə edən abunəçi gündəlik mobil rabitə xərclərini nəzarət altında saxlaya bilir.
Bunun üçün *777#59#YES kodunu yığmaq kifayətdir.
Mobil operatorun təklif etdiyi digər günlük paket “Günlük 40 qəpik” paketidir. Paket gündəlik
olaraq avtomatik aktivləşir və hər gün cəmi 40 qəpik ödəməklə 200 MB internet trafiki əldə
etmək fürsəti verir. Paketə qoşulmaq istəyənlər *777#24#YES şifrəsini yığa bilərlər.
“Günlük 10 qəpik” paketi isə kiçik məbləğ qarşılığında abunəçilər üçün hər gün onlayn olmaq
fürsəti yaradır. Bu paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 10 qəpik
ödəməklə 30 MB internet trafiki əldə etmək imkanı verir. Bunun üçün *777#12#YES şifrəsini
yığmaq lazımdır.
“Nar” mobil internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən
öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin
çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə
keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin
nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High
Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə
edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI