PARADOKS

AKTUAL

Könül Xasıyeva efirdə hər şeyi açıqladı: Evin döşəməsində onun dırnaq yerləri var

19-10-2017, 07:34
  •     
  • AKTUAL |
  •  Oxunma: 76

Könül Xasıyeva efirdə hər şeyi açıqladı: Evin döşəməsində onun dırnaq yerləri var Ötən gün “5/5” verilişində Zaurun qonağı səhhətində ciddi problem yaranan xalq artisti Könül Xasıyeva olub.

Milli.Az xəbər verir ki, ilk dəqiqələrdən kövrələn xanım sənətkar göz yaşlarını belə izah edib:

“Bu göz yaşları sevincdəndir, başqa şey deyil. Sən mənə bu gün ülvi duyğuları yaşatdın. Heç kim mənim qəlbimə dəyməyib, dəyməz də. Mən də kiminsə qəlbinə dəyməməyə çalışmışam. İndi buna nə qədər nail olmuşam bilmirəm. Amma hamının qəlbində bir saray tikməyə çalışmışam”.

Aparıcının “Könül xanım, nə oldu ki, belə xəstələndiniz? Hər şeyi bacı-qardaş kimi sərbəst danış mənə” kəlməsindən sonra xanəndə başına gələnləri canlı yayımda açıqlayıb:

“2000-ci ildə zəlzədən stress keçirmişdim. Mən onda bir az efirlərdən kənar qaldım. 46 gün Şəki Rayon Mərkəzi Xəstəxanasında, bir otağın içində… Heç “koridor”a da çıxmamışam. Amma çıxanda elə bilmişəm ki, bir gündür mənim bura gəldiyim. Sonra bilmişəm ki, sən demə, mən 46 gün orada yatmışam. Sonra məni gecəylə iynə vurub, gətiriblər Bakıya. Bakıda bütün yoxlanışlardan keçmişəm. Orqanik heç bir problemim olmayıb. Ancaq həyəcan, qorxu, stress… Zəlzələ vaxtı da zəlzələdən qorxmadım. O vaxt telefonlar işləmədi, heç yerlə əlaqə saxlamaq olmadı. Atam, anam, qardaşım yeni ailə qurmuşdu, qızı Xatun 1 yaş 6 aylıq idi. O da mənim ürəyimin parçası idi. İndi maşAllah, universitetdə oxuyur. Kimdənsə həmin gecə eşitdim ki, zəlzələdə Şəki dağılıb. Mən onda hiss etdim ki, sinəmdən elə bil nəsə qırıldı düşdü. Mən 17 ildir efirlərə çıxsam da, toylara getsəm də davamlı şəkildə müalicə oluna-oluna yaşamışam. İşimdən qalmamışam amma. Övladım xəstələndi. Öz müalicəmi kənara qoydum. 6 ildir mənim övladım xəstədir. Gec ailə qurmuşam. Övladım vaxtında olub. Onu verən Allaha çox şükür. Allah heç bir ana-atanı övladı ilə sınağa çəkməsin. O vaxt Kazımın baş ağrıları çox idi. İndi qaldığımız evdə onun evin döşəməsində dırnaq yerləri var. Hansı ki, ağrılar onu o vəziyyətə salmışdı. Onu heç bir valideynə arzu etmirəm. O anı yaşayan valideyn bilər ki, insan həyatdan qopur”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI