PARADOKS

AKTUAL

Mətbuat Şurası və “Veysəloğlu” şirkəti jurnalistləri mükafatlandırdı

19-07-2017, 22:58
  •     
  • AKTUAL |
  •  Oxunma: 83

Mətbuat Şurası və “Veysəloğlu” şirkəti jurnalistləri mükafatlandırdı Azərbaycan Mətbuat Şurası ilə “Veysəloğlu” Şirkətlər Qrupunun mətbuat nümayəndələri arasında elan etdiyio yazı müsabiqəsinə yekun vurulub. Dünən bu məqsədlə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov əvvəlcə qələm əhlini 22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib. Milli Mətbuatın yaranma tarixindən bəhs edən Mətbuat Şurasının sədri 1875-ci il, iyul ayının 22-də Həsən bəy Zərdabinin təsisiçiliyi ilə işıq üzü görən “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasının qoyulduğunu deyib. O, bildirib ki, “Əkinçi” qəzeti qısa bir müddət fəaliyyət göstərsə də, lakin qısa müddət ərzində şərəfli və uğurlu bir yol keçib, xalqın maarifləndirilməsi, müstəqil fikirin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərib. Əflatun Amaşov həmin dövürdə “Əkinçi” qəzetində məqalələri dərc edilən dahi mütəfəkkirlərin xalqın maarifləndirilməsi, ictimai fikrin oyanmasında önəmli rol oynadıqlarını diqqətə çatdırıb. Azərbaycan Mətbuat Şurasının sədri qeyd edib ki, “Əkinçi” qəzetindən sonra işıq üzü görən “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Molla Nəsrəddin” kimi nəşrlər də “Əkinçi”nin yolunu uğurla davam etdirib. Çışxında “Veysəloğlu” Şirkətlər Qrupunun fəaliyyətinə də toxunan Əflatun Amaşov sözügedən şirkətin Azərbaycanda kifayət qədər tanındığını diqqət çatdırıb. Bildirib ki, şirkət istehsal etdiyi keyfiyyətli məhsullarla cəmiyyətdə öz müsbət imicini formalaşdırıb. Bildirib ki, bu gün “Veysəloğlu” şirkəti təkcə Azərbaycanda deyil, eləcə də ondan kənarda tanınır, beynəlxalq sərgilərdə şirkətin istehsalı olan mal və məhsullar nümayiş olunur, böyük maraq qazanır. Azərbaycan Mətbuat Şurasının sədri şirkətin media ilə də yaxından əməkdaşlıq etdiyini vurğulayıb və bunu təqdir edib. Qeyd edib ki, bundan əvvəl də “Veysəloğlu” Şirkətlər Qrupu Mətbuat Şurası ilə bir neçə tədbirlər təşkil edib, layihələr reallaşdırılıb və bu kimi tədbirlər bundan sonra da davamlı xarakter daşıyacaq. Əflatun Amaşov rəhbərlik etdiyi qurumla “Veysəloğlu” şirkəti arasında 4 günlük Aprel müharibəsi ilə bağlı da bir sıra layihələr həyata keçiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, bu sırada aprel döyüşlərinə həsr olunmuş filmin çəkilişi də var. Sonda yazı müsabiqəsi barədə məlumat verən Əflatun Amaşov müsabiqəyə böyük maraq olduğunu və 38 KİV tərəfindən yazıların təqdim edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, əvvəl 1 birinci, 2 ikinci və 3 üçüncü yerlər və 10 həvəsləndirici mükafat nəzərdə tutulsa da, sonradan həvəsləndirici mükafatların sayının 19-a çatdırılması qərara alınıb.

“Veysəloğlu” Şirkətlər Qrupunun direktor müavini İlqar Nuri təmsil etdiyi qurumun Azərbaycan Mətbuat Şurası ilə birlikdə belə bir tədbir keçirməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, bu həm də “Veysəloğlu” Şirkətlər Qrupu üçün qürurverici bir haldır. Çıxışında şirkət təmsilçisi milli mətbuatımızın tarixinə toxunaraq ötən illər ərzində Azərbaycan mətbuatının uğurlu yol keçdiyini söyləyib. Bildirib ki, xüsusilə, müstəqillik illərindən sonra Azərbaycan mətbuatı öz inkişaf yolunna qədəm qoyub və bu inkişaf hazırda da davam edir. İlqar Nuri təmsil etdiyi şirkətin yarandığı gündən media, mətbuatla əlaqələrə, əməkdaşlığa xüsusi önəm verdiyini və bundan sonra da kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edəcəklərini vurğulayıb.

Siyasi ekspert Arzu Nağıyev də sözügedən şirkətin mətbuatla sıx əməkdaşlığını təqdir edib. Bildirib ki, “Veysəloğlu” Şirkətlər Qrupu iqtisadiyyatla məşğul olan digər şirkətlər üçün bir örnək ola bilər. O, bildirib ki, şirkət bu kimi tədbirlərlə jurnalistlərə stimul verməklə yanaşı, onların iqtisadi sahədə biliklərinin təkmilləşdirilməsinə vəsilə olur. İqtisadi ekspertlər və müsabiqənin münsiflər heyətinin üzvləri Vüqar Bayramov, Əli Əhmədov müsabiqə yazılarının tam obyektiv şəkildə yoxlanıldığını söyləyiblər. Bildirilib ki, əksər yazılarda qeyd olunan fikirlər postneft dövrü üçün hökumətə təkliflər xarakteri də daşıya bilər.

“Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə təmsil etdiyi şirkətin bundan sonra da media ilə yaxından əməkdaşlıq edəcəyini və KİV-lərlə sıx işləyəcəyini diqqətə çatdırıb: “Çünki hər bir şirkətin, təşkilatın gördüyü işləri cəmiyyətə, xalq çatdıran kütləvi informasiya vasitələridir”. Bildirib ki, bundan sonra da şirkət bu tipli müsabiqələr təşkil edəcək. Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi olub.

Qeyd edək ki, “Bizim yol” qəzetinin əməkdaşı İlhamə Rəsulova müsabiqədə II yer qazanıb.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI