PARADOKS

AKTUAL

Azərbaycanda elə bir kişi varsa, gəlsin mən kəsdirdiyim işığı o qoşsun!..( Video)

4-06-2017, 10:21
  •     
  • AKTUAL, Xəbər Lenti |
  •  Oxunma: 1888

Redaksiyamıza daxil olan şikayət məktubunu diqqətinizə catdırırıq onu da qeyd edək ki, bu şəxsdən Cəlilabad rayonu İşıq İdarəsinin müdiri Aydın Məmmədovdan redaksiyamıza dəfələrlə ayrı-ayrı şəxslərdən daxil olan şikayət məktubudur. Biz vətəndaşın bizə ünvanladıgı şikayət məktubunu dərc ed
ib qarşı tərəfində fikrini bilib nəzərinizə catdıracagıq dəyrəli oxucular.Bizi izləməyə davam edin.
Azərbaycan Respublikası Cəlilabad şəhər sakini Vüsal Həsənov tərəfindən

 Yazıb sizə bildirəm ki, Cəlilabad rayon İşıq İdarəsi 24 aprel 2017-ci il tarixdə

dükanıma bildiriş verib, işığa olan 78 manat borcumu 5 gün müddətində ödəməyimi

istədi. Mən 27 aprel 2017-ci ildə Poçta gedib işıq pulunu ödədim, lakin qayıdanda

gördüm ki, İşıq İdarəsinin işçiləri müdir Aydın Məmmədovun əmri ilə dükanımın

işığını kəsiblər. Atam nə qədər desə də ki, oğlum Poçta gedib, işıq pulu artıq

köçürülmüşdür, məhəl qoymadan elektrik xəttini kəsmişdilər. Beləcə, Cəlilabad İşıq
İdarəsi heç bir səbəb olmadan, qəsdən normal iş fəaliyyətimizi pozmuşdu.

 Mən atamla Cəlilabad rayon Elektrik Şəbəkəsinin müdiri Aydın Məmmədovun

qəbuluna getdik. Aydın Məmmədov bildirdi ki, bildiriş sizə aprelin 21-də verilmişdir.

Biz təəccüb içində qaldıq, 24 aprel 2017-ci il tarixli bildirişi və ödəniş çekini Aydın

Məmmədova göstərdik. Dedik ola bilsin ki, işçiləriniz sizi aldatmışlar. Bundan sonra

Aydın Məmmədov atama müraciət edərək dedi ki, ağsaqqal, onda günah bizimdir,

indi elektrik xəttini bağlatdıraram. Biz çıxıb gəldik. Lakin uzun müddət keçməsinə

baxmayaraq işığımızı birləşdirmədilər. Aydın Məmmədovun 050 253 15 05 nömrəli

telefonuna zəng etdim, soruşdum ki, niyə belə edirsiniz, mənim borcum yoxdur, işıq

pulunu da tam ödəmişəm, niyə işimizi pozursunuz və heç nədən get-gələ salırsınız?

Lakin bu zaman müdir Aydın Məmmədov mənimlə əsəbi tonda danışdı, təhqir etdi,

ölümlə hədələdi, dönə-dönə təkrar etdi ki, sənin arxana bıçağı soxaram. Bundan sonra

mən DİN 102 xidmətinə zəng vuraraq ölümlə hədələndiyimi bildirdim, Aydın

Məmmədovun hədələrindən ehtiyatlandığım üçün polis idarəsinə getdim. Lakin orada

qəribə hadisə baş verdi. Polis şöbəsinə gələn Aydın Məmmədov elə təhqiqatçı Fəridin

yanında mənə hədə-qorxu gəlməyə başladı: “Mən sənin başını kəsdirəcəm, sənin

arxana bıçaq soxacam. Mən sizin evinizin də işığını indi kəsdirəcəm. ” Mən təəccüb içində

qaldım, ona bildirdim ki, əvvəla bizim evdə “Smart” kart sayğacıdır, siz onu hansı

əsasla sökürsünüz və kimə arxalanıb belə edirsiniz? Bu sözlərimdən sonra Aydın

Məmmədov bildirdi ki, Energetika Naziri və Mehriban Əliyeva özü dayanıb, mən

sənin işığını kəsim, sən də bax! Polis məmurunun yanında mənə təhqiredici sözlər

desə də, hətta söyüş söysə də, bu qanunsuzluq barədə heç bir tədbir görülmədi. Sadəcə

polis məmuru Fərid mənə dedi ki, sən ona baş qoşma, qoy getsin, sonra da sən

gedərsən...

 Məni hədələyən müdir Aydın Məmmədov polisin yanında verdiyi sözlərə əməl

edərək, tabeçiliyində olan işçilərlə birgə elə həmin gün yaşadığım evə basqın etdi.

Düz 13 nəfər işçi 4 maşınla gəldilər, həyətimə doluşdular, elektrik xəttini kəsərək,

“Smart” kart sayğacını qopardaraq apardılar. Evdə xəstə atam, anam və digər ailə

üzvlərim yaranmış hay-küydən həyəcana düşdü. Evimiz işıqsız qaldı.

Hal-hazırda iş Polis Şöbəsində araşdırılır. Aydın Məmmədov cəmi 78 manat

məbləğin üstündə dava-dalaş salıb belə konflikt yaratdı. Halbuki mən illər boyu işıq

pulunu requlyar ödəmişəm, bu vaxta kimi heç bir problemim də olmayıb. Səbəb də

budur ki, bir müddət əvvəl “Smart” kart sayğacı qoyularkən dükançı olduğumu bilib

İşıq İdarəsi bizdən 200 manat rüşvət istəmişdi, biz o pulu vermədiyimizə görə Aydın

Məmmədov heç nədən başımıza bu oyunu gətirdi. Hələ üstəlik ekspertizadan saxta

kağız da alıb ki, guya qardaşım onu vurub. İndi qardaşımı bu cür saxta üsulla

tutdurmaq da istəyir.

Hal-hazırda cinayət xarakterli hərəkətlərə, şərəf və ləyaqətimin ləkələnməsinə

xidmət edən hərəkətlərə yol verdiyinə, ünvanıma səlahiyyət həddi aşılmaqla əxlaq və

qanun çərçivəsinə sığmayan təhqiramiz ifadələr işlətdiyinə, şəxsiyyətimi alçaltdığına

görə Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədovu məhkəməyə vermişəm.

Qanunları və Əsas Qanunun tələblərini ciddi pozan bu cür dövlət məmurları qanunun

sərt üzü ilə cəzalandırılmalı, vəzifədən kənarlaşdırılmalı, barələrində cinayət

qanunvericiliyinin tələbləri səviyyəsində ciddı və sərt tədbirlər görülməlidir. Onlara

etimad edilmiş vəzifənin məsuliyyətini dərk etməyən və cavabdehliyin dərəcəsini

düşünmək istəməyən belə dövlət məmurlarının qanunsuz hərəkətləri vətəndaşları

dövlətdən narazı salan hərəkətlər olub, bu cür hərəkətlərlə nəinki vətəndaşların

qanunla qorunan mənafeləri pozulmuş olur, həm də dövlət adından danışdığına görə

dövlət mənafeyinin özü  də pozulmuş olur.

Xahiş edirəm ki, Aydın Məmmədov kimi özbaşına və qanunları tanımayan, sırf

təsadüf nəticəsində həmin kresloda oturmuş dövlət məmurunun barəsində tədbir

görülməsinə köməklik edəsiniz, mənim və ailəmin hüquqlarını müdafiə edəsiniz.

Vüsal Həsənov

Cəlilabad şəhər sakini

Telefonum: 050 464 26 26

Aydın Məmmədovun mənimlə danışığının səs yazısını youtube kanalımdan sizə

göndərirəm:

İşıq İdarəsinin müdiri Aydın Məmmədov vətəndaşı arxasına bıçaq soxmaqla hədələdi


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI