3 ildən sonra evindəki gizli yolun qapısını açdı, indi hər gecə qorxulu anlar yaşayır – VİDEO

DIN


Amerikalı Culia Henning üç il yaşadığı evdə divarlarında yazılar olan qorxulu gizli otaq aşkar edib.

O, bununla bağlı sosial şəbəkədə silsilə videolar dərc edib.

Los-Anceles şəhərində yaşayan və məşqçi işləyən qadının sözlərinə görə, o,  özü üçün videoçəkiliş otağı hazırlamaq istəyib. Bu məqsədlə də köhnə şkafı söküb. Bu zaman onun yerində, döşəmədə zirzəmi qapısı aşkarlayıb. Qapağını açdıqda isə taxta pillələrlə qaranlığa gedən yol görüb.

Qadın özü zirzəmiyə enməkdən qorxduğundan eniş qapısını bağlayır. Lakin bundan sonra evdə qəribə şeylər baş verib. Sonda Henninq sirli otağa girmək üçün özündə cəsarət toplayıb.

Aşağı endikdə buranın şərab saxlamaq üçün rəfləri olan kiçik bir otaq olduğunu görüb. Ancaq divarda Co və Con adları, həmçinin sirli təsvir onu qorxudub. 

Hanninq hələ də zirzəmidə pis ruhların yaşadığına əmindir. Qadının sözlərinə görə, yeni otağı səliqəyə salarkən kimsə qapını örtüb və o, içəridə qalıb. Qadını əsarətdən dostları xilas ediblər.

Bundan əlavə, amerikalı qadın bildirib ki, zirzəmi açıldıqdan sonra gecələr evdə müntəzəm olaraq həyəcan siqnalı çalınır.

İndi o, vəziyyəti aydınlaşdırmaq üçün evin keçmiş sahibləri ilə əlaqə yaratmaq istəyir.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir