“Çelsi” argentinalı qolkiperi transfer edir

Baş səhifə

Bakı. Trend:

Emiliano Martínes “Çelsi”yə keçəcək.

“Çelsi” 33 yaşlı qapıçının transferi ilə bağlı “Aston Villa” ilə
şifahi razılığa gəlib. İnsayder Fabritsio Romanonun məlumatına
görə, transferin məbləği 7,5 milyon funt-sterlinq təşkil
edəcək.




Futbolçu “Çelsi” ilə 2 illik müqavilə imzalayacaq və anlaşmada
daha 1 il uzatma opsiyası nəzərdə tutulacaq.

Qeyd edək ki, Martines ötən mövsüm Premyer Liqada 32 oyunda 39
qol buraxıb.