Kür çayında batan gəncin axtarışları davam etdirilir (YENİLƏNİB) (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Kür
çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması
barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.

“Hazırda vətəndaş – 2005-ci il təvəllüdlü Abdullayev Təhməz
Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar
həyata keçirilir.

Əlavə məlumat veriləcək”.

xxx




18:59

Mingəçevir şəhərində çimərlikdə 21 yaşlı gənc batıb

Trend-in əldə
etdiyi məlumata görə, bu gün saat 16:00 radələrində Gədəbəy rayon
sakini, 21 yaşlı Təhməz Abdullayev Mingəçevir şəhər çimərliyində
batıb.

Hazırda onun axtarışları aparılır.