
Bakı.Trend:
“Apple” korporasiyası bazar kapitallaşmasına görə qrafik
prosessorlar istehsalçısı “Nvidia” şirkətini geridə qoyaraq
dünyanın ən bahalı açıq səhmdar şirkəti olub.
Bu barədə “Bloomberg” məlumat yayıb.
İyulun 17-də “Nvidia”nın səhmləri 3,7 faiz ucuzlaşıb və nəticədə
şirkətin bazar kapitallaşması 4,8 trilyon dollara enib. Bununla
yanaşı, “Apple”ın səhmləri 0,4 faiz bahalaşıb və şirkətin bazar
kapitallaşması 4,9 trilyon dollara çatıb.
Nvidia 2025-ci ilin may ayından etibarən birja dəyərinə görə ən
bahalı şirkətlər siyahısına liderlik edirdi. Ötən ilin oktyabrında
isə şirkətin bazar kapitallaşması 5 trilyon dollara çatmışdı.

