Konfrans Liqası: “Neftçi”nin rəqibi dəqiqləşib

Baş səhifə

Bakı. Trend:

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki
rəqibi dəqiqləşib.

“Ağ-qaralar” bu mərhələdə Belarusun “Dinamo” (Minsk) klubu ilə
qarşılaşacaq.

Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” kollektivini mübarizədən kənarlaşdırıb.




“Neftçi” ilk oyunu iyulun 23-də evdə, cavab görüşünü isə iyulun
30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda
keçirəcək.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən Belarus klubları
avrokuboklarda rəqiblərini başqa ölkələrdə qəbul edirlər.