Bakı. Trend:
Fransanın qərbində yerləşən La Baule kommunasında turist
təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, xilasedicilər hadisə yerinə çatdıqda təyyarə alov
içində olub. Yanğının söndürülməsi əməliyyatına 29 nəfərlik heyət
cəlb edilib.
Qəzanın başvermə səbəbləri və həlak olanların şəxsiyyəti
araşdırılır.

