Beyrutda “Hizbullah” komandirlərindən biri zərərsizləşdirilib

Baş səhifə
Beyrutda Hizbullah komandirlərindən biri zərərsizləşdirilib

İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutda “Hizbullah” komandirlərindən birini məhv edib.

“Report” “Ynet”ə istinadən xəbər verir ki, bu barədə İMQ-nin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat yayıb.

“Ləqəbi “Fida” olan Zaida Əli Cuma Livan ərazisindən İsrail istiqamətində raketlərin, reaktiv mərmilərin və pilotsuz uçuş aparatlarının buraxılmasına cavabdeh idi”, – məlumatda qeyd olunub.

“O, İMQ piyada briqadasının iki döyüşçüsünün həlak olduğu hücuma rəhbərlik edib”, – Zamir bildirib.