Ucarda zəncirvari yol qəzası olub, 6 nəfər xəsarət alıb – FOTO

Baş səhifə

Ucarda zəncirvari yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.

Belə ki, minik, yük və mikroavtobusun toqquşduğu qəzada 6 nəfər xəsarət alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.