Bakı. Trend:
“Fənərbağça” fransız futbolçu N’Qolo Kante ilə 2,5 illik
müqavilə bağladığını açıqlayıb.
Trend-in
məlumatına görə, klub bu barədə Türkiyə Futbol Federasiyasına
məlumat verib.
Əvvəllər fransız futbolçunun “Əl-İttihad”la müqaviləsinin ləğv
olunduğu bildirilmişdi.
Eyni zamanda Yusif Ən-Nəsir “Fənərbağça” ilə müqaviləsini ləğv
edib. Jurnalist Santi Aunanın məlumatına görə, hücumçu
“Əl-İttihad”la yeni müqavilə imzalayacaq.

