ABŞ-də altı nəfəri güllələyərək öldürüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Missisipi ştatında cümə günü bir kişi altı nəfəri
güllələyərək öldürüb.

Trend-in məlumatına görə, bu barədə “The New York Post” qəzeti
polisə istinadən bildirib.




Hüquq-mühafizə orqanları əməkdaşları şübhəlinin, 24 yaşlı Darika
Murun Vest-Poynt yaxınlığındakı üç məhəllədə atəş açdığını qeyd
ediblər. Murun hadisə yerindən qaçmazdan əvvəl atasını, qardaşını
və əmisini öldürdüyü iddia edilir. Daha sonra o, yeddi yaşlı bir
qızı öldürüb və başqa bir yerə gedərək daha iki kişini güllələyərək
öldürüb.