“Ştutqart” Leverkuzendə “Bayer”i darmadağın etdi

Baş səhifə

Bakı. Trend:

Almaniya Bundesliqasında mövsümün 16-cı turu çərçivəsində
“Bayer”lə “Ştutqart” arasında keçirilən qarşılaşma yekunlaşıb.

Trend-in
məlumatına görə, Leverkuzen şəhərində yerləşən “BayArena”da baş
tutan oyunda meydan sahibləri qonaqları qəbul ediblər. Matç
“Ştutqart”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.




Qonaq komandanın heyətində hesabı 7-ci dəqiqədə Ceymi Lyuelinq
açıb. 29-cu dəqiqədə Maksimilian Mittelştaedt penaltini dəqiq
yerinə yetirərək üstünlüyü artırıb. Lyuelinq 45+1-ci dəqiqədə
özünün ikinci qolunu vurub, bundan bir dəqiqə sonra isə Deniz Undav
“Ştutqart”ın dördüncü qolunu qeydə alıb. Oyunun 66-cı dəqiqəsində
“Bayer”in futbolçusu Alexandro Qrimaldo penaltidən fərqlənərək
hesabı dəyişib.