Cənubi Koreyada magistralda kütləvi qəza baş verib

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyada sürət magistralında təxminən 30 avtomobilin
iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı dörd nəfər
həlak olub.

Trend yerli “YTN
News” telekanalına istinadən xəbər verir ki, ilkin məlumata görə,
qəzaya yük avtomobili səbəb olub. Sürücü hələlik məlum olmayan
səbəbdən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun
kənarındakı maneəyə çırpıb.

Bundan sonra həmin yol sahəsində 30-a yaxın avtomobilin
toqquşması baş verib. Hadisə nəticəsində azı dörd nəfər həyatını
itirib, ölənlərin sayının artacağı istisna edilmir.




Yol-nəqliyyat hadisəsi səbəbindən magistralda uzun tıxac
yaranıb.

Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları
çalışır, qəzanın təfərrüatları araşdırılır.