Azərbaycanda marqarin istehsalı artıb

Baş səhifə

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 min 728,4 ton
duru bitki yağları istehsal edilib.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin
eyni dövrü ilə müqayisədə 2,6 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 46 min 537,8 ton marqarin
istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur.




Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min
537,9 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə
müvafiq olaraq 41,3 % və 5,6 % azdır.

Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq
qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 %
çoxdur.