
Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 79,8 min ton
şəkər ixrac edilib.
Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda şəkərin
ixracına 57,1 milyon ABŞ dolları vəsait xərclənib.
Şəkər ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar
ifadəsi ilə 30,4 min ton və ya 1,6 dəfə, dəyər ifadəsi ilə isə 19,6
milyon ABŞ dolları, yaxud da 1,5 dəfə artıb.
Hesabat dövründə şəkər ixracı ölkənin ümumi ixracında 0,24%,
qeyri-neft sektoru üzrə ixracında isə 1,72% paya sahib olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda
353,5 min ton şəkər istehsal edilib. Bu isə 2024-cü ilin eyni
dövründəki göstərici ilə müqayisədə 24,4% artım deməkdir.

