
Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 2,733
milyard manat təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 151,7 milyon manat və ya 5,9%
çoxdur.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 2,428 milyard
manatını milli valyutada (manat) kreditlər təşkil edib.
Milli valyutadakı yeni kreditlərin 696,8 milyon manatı
qısamüddətli, 1,731 milyard manatı isə uzunmüddətli olub.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 305 milyon
manatı isə xarici valyutada verilmiş kreditlər olub ki, bu
kreditlərin də 156,2 milyon manatı qısamüddətli, 148,7 milyon
manatı isə uzunmüddətli kreditlər olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin dekabrın
1-nə milli valyutada qoyulmuş yeni kreditlər 106,9 milyon manat və
ya 4,6%, xarici valyutada qoyulmuş yeni kreditlər isə 44,8 milyon
manat və ya 17,2% artıb.
Beləliklə, dövr ərzində manatla cəmi yeni kredit qoyuluşları
xarici valyutadakıları 2,123 milyard manat və ya 8 dəfə
üstələyib.

