ADY-dən yenilik: Daha bir regionlararası marşrut üzrə səfərlərə başlanacaq

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC regionlararası istiqamət üzrə
daha bir marşrutu istifadəyə verəcək.

Trend xəbər verir ki, bu
barədə ADY məlumat yayıb.




Rahat və komfortlu səyahətini təmin etmək məqsədilə Azərbaycanın
iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın
günlərdə sərnişinlərin xidmətində olacaq.

İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək.