Argentinanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Baş səhifə

Bakı. Trend:

Ev dustaqlığında olan Argentinanın keçmiş prezidenti Kristina
Fernandes de Kirşner qarın ağrısı ilə xəstəxanaya aparılıb.

Trend-in məlumatına görə, bu barədə “La Nacion” qəzeti mənbələrə
istinadən xəbər verib.




Məlumata əsasən, çağırış ünvanına gələn həkimlər sabiq
prezidentini korrupsiya ittihamı ilə cəza çəkdiyi mənzildə müayinə
ediblər və onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər.

Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub.
O, əməliyyat olunur.