Bakı. Trend:
Mərakeş milli komandası Ərəb Millətlər Kubokunun qalibi
olub.
Trend xəbər verir
ki, Qətərin Lusial şəhərində keçirilən final qarşılaşmasında
Mərakeş yığması İordaniya millisi ilə üz-üzə gəlib.
Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə olunmuş
vaxtın 100-cü dəqiqəsində Mərakeş yığması həlledici qolu vuraraq
qalib gəlib.
Bu qələbə sayəsində Mərakeş millisi tarixində ikinci dəfə Ərəb
Millətlər Kubokuna sahib çıxıb.

