Bakı. Trend:
İtaliya Superkubokunun yarımfinal mərhələsində “Napoli” və
“Milan” komandaları qarşılaşıb.
Trend xəbər verir
ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən “Əl-Əvvəl
Park” stadionunda baş tutan oyun “Napoli”nin 2:0 hesablı qələbəsi
ilə yekunlaşıb.
Matçda qolları 39-cu dəqiqədə David Neres, 64-cü dəqiqədə isə
Rasmus Hoylund vurub.
Bu qələbə ilə “Napoli” İtaliya Superkubokunda ilk finalçı olub.
Neapol təmsilçisi finalda “Bolonya” – “İnter” cütünün qalibi ilə
üz-üzə gələcək.

