Bakı. Trend:
Cənubi Afrika Respublikası hökuməti ABŞ-nin vəzifəli şəxslərinin
saxlanılmasında məsuliyyət daşıyanları cəzalandırmalıdır, əks halda
“ciddi nəticələr”lə üzləşəcək.
Trend xəbər verir
ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd
olunub.
Bəyanatda bildirilib ki, ABŞ afrikanerlərə humanitar yardım
göstərmək vəzifələrini icra edən amerikalı rəsmilərin son
saxlanılmasını qətiyyətlə pisləyir. Həmçinin, vəzifəli şəxslərin
pasport məlumatlarının dərc olunmasının qəbuledilməz olduğu və
bunun təqib forması sayıldığı vurğulanıb.
ABŞ Dövlət Departamenti baş verənləri CAR-da xidməti
vəzifələrini yerinə yetirən ABŞ dövlət qulluqçularını qorxutmaq
cəhdi kimi qiymətləndirib.
Qeyd olunub ki, ABŞ öz dövlət qulluqçularına və ya xaricdə
qanuni fəaliyyət göstərən vətəndaşlarına qarşı bu cür hərəkətlərə
dözməyəcək. Vəzifəli şəxslərin şəxsi məlumatlarının yayılması
onların təhlükəsizliyini risk altına salır. Dövlət Departamenti CAR
hökumətini vəziyyəti nəzarətə götürməyə və günahkarların
məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görməyə
çağırıb.

