Bakı. Trend:
“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm
şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının
xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının
vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq
Qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin
Katibliyinin rəisi və onun müavini də həmin siyahıya əlavə
ediliblər.

