
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi
“Ticarətin maliyyələşdirilməsi və təchizat zəncirlərinin
maliyyələşdirilməsi sahəsində potensialın inkişafı” adlı regional
layihəyə dəstək göstərir.
Trend bu barədə
AİB-ə istinadən məlumat verir.
Layihədə Azərbaycanla yanaşı, Ermənistan, Banqladeş, Kamboca,
Kuk adaları, Gürcüstan, Hindistan, İndoneziya, Qırğızıstan,
Malayziya, Monqolustan, Nepal, Pakistan, Filippinlər, Samoa,
Şri-Lanka, Tacikistan, Tailand, Türkiyə, Özbəkistan və Vyetnam
iştirak edir.
Təşəbbüs AİB-in Xüsusi Texniki Yardım Fondu hesabına
maliyyələşdirilir, maliyyələşmənin ümumi həcmi 2,50 milyon ABŞ
dolları təşkil edir.
Layihə ilə bağlı əlavə detallar açıqlanmır.

