Tailand – Kamboca toqquşamalarında ölənlərin sayı artıb

Baş səhifə

Bakı. Trend:

Dekabrın əvvəlindən Kamboca ilə Tailand arasında sərhəddə baş
verən toqquşmalar nəticəsində həlak olan kambocalıların sayı 15
nəfərə çatıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kambocanın informasiya naziri
Net Pheaktra bəyanatla çıxış edib.




Nazir bildirib ki, Tailand hərbçilərinin hərəkətləri nəticəsində
ölənlərlə yanaşı, daha 73 yerli sakin yaralanıb. Pheaktra həmçinin
qeyd edib ki, münaqişə səbəbindən məcburi köçkün düşənlərin sayı
409 293 nəfərə çatıb.

Qeyd edək ki, atıcı silahların tətbiqi ilə Tailand və Kamboca
sərhədində toqquşmalar dekabrın 7-dən başlayıb.