Yasamalın bu ərazilərində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Yasamalın bəzi ərazilərində qaz olmayacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.




Bildirilib ki, bu gün saat 10:00-dan etibarən Yasamal rayonunun
M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov,
V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin
qaz təchizatında müvəqqəti fasilə yaranacaq.