Bakı. Trend:
Sidney çimərliyində Hanuka bayramı zamanı baş verən kütləvi
atışmada ölənlərin sayı 16-ya çatıb.
Trend-in məlumatına görə, bu barədə Avstraliya polisi xəbər
verib.
Məlumata əsasən, ölənlər arasında atıcılardan biri, 50 yaşlı bir
kişi də olub. İkinci hücumçu yaralanıb və vəziyyəti ağır. O, polis
nəzarəti altında xəstəxanaya aparılıb.
Bildirilib ki, dörd uşaq da daxil olmaqla, ümumilikdə 42 nəfər
xəstəxanaya yerləşdirilib.

