Azərbaycan ABŞ şirkəti ilə süni intellekt sahəsində imkanlarını genişləndirməyi müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Amerika Birləşmiş Ştatları (ABŞ) şirkəti ilə süni
intellekt sahəsində imkanlarının genişləndirilməsini müzakirə
edib.

Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.




“ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti
Devid Vanq ilə görüş keçirdik. Görüşdə Azərbaycanın süni intellekt
sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal
mərkəzə çevrilməsi perspektivlərini müzakirə etdik. Həmçinin “AMD”
ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil
təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə
investisiya imkanları barədə fikir mübadiləsi apardıq”, –
paylaşımda qeyd edilib.