Putin: Rusiya şirkətləri Türkmənistan bazarında investisiya layihələrinə kökləniblər

Baş səhifə
Putin: Rusiya şirkətləri Türkmənistan bazarında investisiya layihələrinə kökləniblər

Rusiya şirkətləri Türkmənistan bazarında yeni investisiya layihələrinin həyata keçirilməsinə kökləniblər.

“Report”un Rusiya KİV-inə istinadən məlumatına görə, bu barədə ölkə Prezidenti Vladimir Putin Aşqabadda keçirilən “Sülh və etimad: davamlı gələcək üçün məqsəd birliyi” adlı plenar iclasda bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkmənistan arasında ticarət dövriyyəsi artır:

“Cari ilin 10 ayı ərzində ticarət dövriyyəsi artıq 35 % artıb. Bu da əvvəlki ilin bütün göstəricilərindən nəzərəçarpacaq dərəcədə çoxdur. Rusiya şirkətləri Türkmənistan bazarında yeni investisiya layihələrinin həyata keçirilməsinə kökləniblər. Energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq güclənir”.