Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Mara”ee 2025” tədbiri ərəfəsində Bəhreyn Krallığının Daxili İşlər naziri Rəşid bin Abdullah Əl-Xəlifəilə görüş keçirib.
Bu barədə “Report”a xidmətdən məlumat verilib.
Qeyd olunub ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

