Almaniya və Norveç 100-ə yaxın kəşfiyyat peykindən ibarət şəbəkə yaradır

Baş səhifə

Bakı. Trend:

Almaniya və Norveç 2029-cu ilə qədər 75-100 kəşfiyyat peykindən
ibarət birgə şəbəkə yaratmağı planlaşdırır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Kəşfiyyat peykləri şəbəkəsi ilə bağlı layihə Noveçin “Kongsberg”
və Almaniyanın “Helsing” şirkətləri tərəfindən gerçəkləşdiriləcək.
“Kongsber” şirkəti kosmik aparatların yaradılmasına cavabdeh
olacaq, “Helsing” isə onların süni intellekt sistemləri ilə
təchizatını yerinə yetirəcək.

Tərəflərin məlumatına görə, şəbəkənin yaradılması Avropanın
çəkindirmə qabiliyyətinin gücləndirilməsi ehtiyacına birbaşa cavab
olacaq və kosmik kəşfiyyatın strateji əhəmiyyətini vurğulayacaq. Bu
şəbəkə ölkələri müvafiq məlumatların əldə olunması ilə bağlı
ABŞ-dən asılılıqdan azad edəcək.