Türkiyədə avtobus TIR-a çırpılıb, 7 nəfər ölüb, 11-i yaralanıb

Baş səhifə
Türkiyədə avtobus TIR-a çırpılıb, 7 nəfər ölüb, 11-i yaralanıb

Türkiyənin Osmaniye əyalətinin Bağce rayonu yaxınlığında sərnişin avtobusunun TIR-a çırpılması nəticəsində 7 nəfər ölüb, 11-i yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, İzmir-Qaziantep reysi ilə hərəkət edən sərnişin avtobusu təkəri partladığı üçün dayanan TIR-a arxadan çırpılıb.