
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Doha Forumu çərçivəsində Qətərin beynəlxalq
əməkdaşlıq üzrə dövlət naziri Maryam bint Əli bin Nasir Al-Misnad
ilə görüşüb.
Trend xəbər
verir ki, Hikmət Hacıyev bu barədə özünün “X” hesabında paylaşım
edib.
“Doha Forumu çərçivəsində Qətər Dövlətinin Beynəlxalq əməkdaşlıq
üzrə dövlət naziri zati-aliləri Maryam bint Əli bin Nasir Al-Misnad
ilə görüşməkdən məmnun oldum. Görüş zamanı ölkələrimiz arasındakı
qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını
müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələr üzrə
əməkdaşlığımızı intensivləşdirmək barədə razılığa gəldik”, – deyə
paylaşımda qeyd olunub.

